Bildiyiniz kimi, mənfur Ermənistanın növbəti təxribat cəhdi Azərbaycan Respublikasının Silahlı bölmələri tərəfindən qətiyyətlə alınmışdır. Ermənistan tərəfindən Azərbaycan Respublikasının sərhədlərini pozmağa cəhd edən dəstə itki verərək geri çəkilməyə məcbur edilmişdir. Təəssüflə bildirmək istəyirəm ki, müharibə şəhidsiz olmur. Düşmən təxribatının qarşısı alınarkən Azərbaycan silahlı bölmələrinin bir neçə yüksək rütbəli hərbçisi də qəhrəmancasına şəhid olmuşdur. Lakin ordumuzun dəqiq və sərrast atəşlə düşmən mövqelərinə zərbə endirməklə düşmənin xeyli sayda canlı qüvvə, zirehli texnikası və atəş mövqeyini məhv etmişdi.Bu hadisələrlə bağlı Azərbaycan Respublikasının vətənpərvər oğulları ordumuza və Ali baş komandanımıza dəstək üçün aksiya keçirib.Böyük kütləyə malik olan bu yürüş and yerimiz olan Şəhidlər xiyabanında davam edib. Lakin bir sıra anti-Azərbaycan qurumları tərəfindən xalqının vətənpərvərliyindən istifadə edərək Milli Məclisin binasının qapısını qıraraq içəri daxil olub orada qanunsuz hərəkətləri ilə düşmən xarakterli qrupların dəyirmanına su tökəməyə çalışıblar. Dərhal hüquq mühafizə orqanları əməkdaşları bu işə reaksiya verib və onları oradan uzaqlaşdırıb.
Azərbaycan Respublikasının Prezidenti Nazirlər Kabinetinin iclasında aidiyyəti dövlət orqanları ilə düşmənin təcavüzkar hərəkətlərdən istifadə etməklə atəşkəs rejimini pozaraq dövlət sərhədini pozmağa cəhd etməsi məsələlərini müzakirə edərək lazımı tapşırıqlar vermişdir. Lakin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yarıtmaz fəaliyyətinə görə də Cənab Prezident öz iradlarını bildirmişdir. Belə bir vəziyyətdə erməni təcavüzünə qarşı qardaş Türkiyə Respublikasının prezidenti, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi bəyanatla çıxış etmişlər. Amma bizim nazir isə evində istirahət edir.
Mən də bir ehtiyatda olan zabit kimi, həm də bir vətəndaş kimi XİN naziri Elmar Məmmədyarovun bu laqeyd münasibətlərini pisləyib, ona ən azından bir vətəndaş kimi ar olsun deyirəm. Azərbaycan Respublikasının Prezidentinin dərhal onu bu vəzifədən azad etməsi və bu vəzifəyə Ceyhun Bayramovu təyin etməsini dəstəkləyirəm. Biz köçkün ailələri Ali baş Komandanımıza arxalanaraq həmişə dövlətimizin arxasında dururuq, onun daxili və xarici siyasət strategiyasını bəyənərək inanırıq ki, Azərbaycanın işğal olunmuş əraziləri inşallah tezliklə erməni təcavüzüdən azad olunacaq.
Allah bütün şəhidlərmizə rəhmət eləsin!
Vüqar Kərimov,
Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi,
ehtiyyatda olan zabit